İyun 18, 2025-22:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanla Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətlərin gələcək inkişafı üçün möhkəm təməl yaradır – RƏY

2025:04:24 - 15:31
in SİYASƏT
A A
Azərbaycanla Çin arasında hərtərəfli tərəfdaşlıq formatı, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalq təşkilatlarda birgə fəaliyyət münasibətlərin gələcək inkişafı üçün möhkəm təməl yaradır.Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.Onun sözlərinə görə, Azərbaycan və Çin münasibətlərinin inkişafı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır:”Hazırda Azərbaycan və Çin arasında diplomatik münasibətlər yeni mərhələyə qədəm qoyub. İki ölkə liderinin son görüşü ikitərəfli əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətli addım oldu. Görüş zamanı əldə olunmuş ən mühüm nəticələrdən biri yeni birgə bəyanatın qəbul edilməsi oldu. Bu bəyanat əsasında Azərbaycan-Çin münasibətləri artıq hərtərəfli tərəfdaşlıq xarakteri daşımağa başlayır. Bu, əvvəlki strateji tərəfdaşlıq səviyyəsindən bir pillə irəli gedərək münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə yol açır”.N.Həmzəyev deyib ki, Si Cinpin Azərbaycan Prezidentini özünün və Çin xalqının “böyük dostu” adlandırması da ikitərəfli münasibətlərin yalnız rəsmi deyil, həm də şəxsi inam və dostluq əsasında qurulduğunu göstərir.

Naqif Həmzəyev

Naqif Həmzəyev

“Çin liderinin Azərbaycanın dövlət başçısını bu ilin avqustunda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının tədbirinə, eləcə də faşizm üzərində qələbənin 80 illiyi münasibətilə Çində keçiriləcək yubiley tədbirlərinə dəvət etməsi də iki ölkə arasındakı dostluq və etimadın növbəti göstəricisi kimi qiymətləndirilir. Azərbaycan və Çin arasındakı bu yüksək səviyyəli görüş və əldə olunan razılaşmalar göstərir ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.Deputat vurğulayıb ki, Çin dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biridir:”Bu baxımdan, Azərbaycan üçün əhəmiyyətli investisiya mənbəyi ola bilər. Orta Dəhlizin inkişafı Azərbaycana tranzit ölkə kimi mövqeyini gücləndirməyə imkan verir, bu da logistika və nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi diversifikasiyaya töhfə verir”.N.Həmzəyev həmçinin söyləyib ki, Çin texnologiya sahəsində də dünya liderlərindən biridir. Çinlə əməkdaşlıq Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafına, yüksək texnologiyalar sahəsində bilik və təcrübə mübadiləsinə şərait yaradır:”Xüsusilə bərpaolunan enerji sahəsində Çinin təcrübəsindən faydalanmaq Azərbaycanın “yaşıl keçid” hədəflərinə çatmasına kömək edə bilər”.Milli Məclisin üzvü bildirib ki, Çin kimi nüfuzlu dövlətlə beynəlxalq arenada strateji tərəfdaşlıq Azərbaycanın siyasi mövqeyini gücləndirməyə xidmət edir:”Xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət maraqlarının reallaşdırılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda Çin Qlobal Cənub ölkələri arasında mühüm təsir qüvvəsinə malikdir. Azərbaycanın COP29-a ev sahibliyi etdiyi və Qlobal Cənubun maraqlarını təmsil etdiyi bir dövrdə Çinlə münasibətlərin gücləndirilməsi bu mövqeyi daha da möhkəmləndirir”.N.Həmzəyev qeyd edib ki, Azərbaycanın Çinlə strateji münasibətlərinin inkişafı bölgədə balanslaşdırılmış xarici siyasət yürütməsinə və müxtəlif güc mərkəzləri ilə əlaqələri diversifikasiya etməsinə imkan verir:”Bütün bu faktorlar nəzərə alındıqda Azərbaycan-Çin münasibətlərinin hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarına uyğun olub, ölkənin beynəlxalq arenada mövqeyini gücləndirməyə və davamlı inkişafına töhfə verir”.

Əvvəlki Yazı

Qubada üç nəfər küçə itinin hücumuna məruz qalıb

Növbəti Yazı

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.