Avqust 28, 2025-2:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanla Kuba xərçəng və QİÇS-lə mübarizədə əməkdaşlıq edəcək

2023:11:17 - 11:25
in SOSİAL
A A

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Kubaya səfəri davam edir.

Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər, mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda imzalayıblar.

Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda əməkdaşlıq proqramlarının həyata keçirilməsidir.

Memorandumda akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar sahəsində birgə fəaliyyətlər, diplomdansonrakı təlimlər, tibbi turizm əsas əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda sənəd, yoluxucu və xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.

Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin təlimlərinin keçirilməsi də nəzərdə tutulub.

Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.

Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.

Görüşdə həmçinin, memorandumda nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.

Əvvəlki Yazı

Azərbaycanda yaradıcı sənayelər həftəsi keçiriləcək

Növbəti Yazı

Azərbaycan sərhədini qanunsuz keçən İran vətəndaşına hökm oxunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.