Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev “Scientific Reports” jurnalı tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, akademik Vaqif Fərzəliyev 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy yazmaqla bu nəşrin beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
Məlumat üçün bildirək ki, impakt faktoru 3,9, beşillik təsir faktoru isə 4,9 olan “Scientific Reports” təbiət elmləri, tibb və mühəndisliyin geniş spektrinə diqqət yetirən, “Nature Research” tərəfindən nəşr olunan çoxsahəli, açıq girişli jurnaldır. “Journal Citation Reports”a əsasən, Q1 kateqoriyalı jurnaldır.