AZƏRTAC-ın daha əvvəl xəbər verdiyi kimi, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində Fransa, Almaniya, Aİ Şurası və Ermənistan rəhbərlərinin (müvafiq olaraq, Emmanuel Makron, Olaf Şolts, Şarl Mişel və Nikol Paşinyanın) qatıldığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanın iştirak etmədiyi qeyri-rəsmi görüş keçirilib.
Azərbaycan (o cümlədən, İTV teleşirkətinin) jurnalistləri Avropa diplomatiyasının başçısı Jozep Borrelə sual vermək imkanı əldə ediblər və ondan Avropanın nə üçün Ukrayna, Moldova, Gürcüstanda separatçılarla mübarizə apardığını, lakin Azərbaycanda bunu etmədiyini soruşublar.
Bir neçə saniyəlik sükutdan sonra çox güman ki, Avropanın ikili standartlarına necə haqq qazandıracağını düşünən siyasətçi düz-əməlli cavab tapa bilməyib və ancaq “biz bunu edirik” deyə bilib, lakin Brüsselin məhz “nəyi e