Avqust 12, 2025-3:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanlı kinorejissor “Sidewalk Stories” qısametrajlı sənədli filmini təqdim edib

2024:07:11 - 11:20
in MƏDƏNİYYƏT
A A

Azərbaycanlı kinorejissor Vüqar Tahirov “Sidewalk Stories” (Küçə Hekayələri) adlı yeni qısametrajlı sənədli filmini təqdim edib. Sənədli film, ABŞ-nin Easton şəhərində yaşayan evsiz insanlar, onların həyat hekayələri və rastlaşdıqları çətinliklərdən bəhs edir. Ekran əsəri evsizlik və yoxsulluq kimi sosial və iqtisadi problemlərə diqqət çəkmək məqsədi daşıyır.

Film artıq müxtəlif beynəlxalq festivallarda iştirak etmiş və müsbət rəylər alıb.

Vüqar Tahirovun rejissoru, ssenari müəllifi və prodüseri olduğu sənədli film 2024-cü ildə ABŞ-nin Los Angeles şəhərində keçirilən “Indie Short Fest” film festivalında ən yaxşı sənədli film və ən yaxşı rejissor nominasiyalarında baş mükafata layiq görülüb. Film eləcə də, Fransanın paytaxtı Paris şəhərində keçirilən “Cine Paris Film” film festivalında ən yaxşı rejissor və ən yaxşı qısametrajlı sənədli film nominasiyalarında qalib olub.

Ekran əsərinin uğurları bunlarla bitmir. Film eləcə də Tailandın Bangkok şəhərində keçirilən “Bangkok Movie Awards” film festivalında ən yaxşı sənədli film, Çilinin Rancagua şəhərində baş tutan “South Film and Art Academy Award” film festivalında ən yaxşı qısametrajlı sənədli film və Türkiyənin İstanbul şəhərində keçirilən “Anatolian Film Awards” film festivalında üç müxtəlif nominasiyada, ən yaxşı rejissor, ən yaxşı qısa sənədli film, ən yaxşı prodüser nominasiyalarında qalib olub.

Rejissor haqqında

1993-cü ildə Bakı şəhərində anadan olan Vüqar Tahirov 2017-ci ildən bir çox incəsənət layihələrində müxtəlif vəzifələrdə işləyib. Digər layihələrində də müxtəlif illərdə beynəlxalq film festivallarında uğurlar qazanıb. Bunlara tammetrajlı film Don Marleone (2017) , Amerikasayağı Karantin (2020), qısametrajlı filmlər Fabric OF Life (2018), Let Me Run (2019), Mo Better (2023), Sidewalk Stories (2024), animasiya filmi Shadowless People (2022), musiqi videoları Fade (2024) və Morning Sun (2024) kimi layihələr aiddir.Report.

Əvvəlki Yazı

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Növbəti Yazı

Bu il Azərbaycan Avropaya qaz ixracını 12 %-dən çox artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.