Sentyabr 8, 2025-12:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanlı uşaqlar türkiyəli həmyaşıdlarını təbrik ediblər

2025:04:21 - 14:35
in MƏDƏNİYYƏT
A A

“TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının bu həftəki buraxılışı Türkiyədə qeyd edilən 23 Aprel – Beynəlxalq Suverenlik və Uşaq Bayramına həsr olunub. Proqramda azərbaycanlı uşaqlar türkiyəli həmyaşıdlarını bu mötəbər gün münasibətilə təbrik edib, onlar üçün Azərbaycan musiqisi səsləndiriblər.

Bununla bağlı proqramının müəllifi və aparıcısı Səidə Ömər AZƏRTAC-a müsahibə verib.

O bildirib ki, hər il Türkiyədə rəsmi bayram kimi qeyd olunan bu gündə dünyanın hər yerindən, eləcə də Azərbaycandan uşaqlar iştirak edirlər: “Mənim təşəbbüsümlə hazırlanan verilişdə Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli musiqi məktəbinin şagirdlərinin təbrik mesajları və musiqi alətlərində ifa etdikləri əsərlər izləyicilərə təqdim olunub. Verilişdə tar, qarmon və qanun alətlərində Azərbaycan xalq mahnıları və milli rəqslər ifa olunub. Proqrama Azərbaycandan telefon bağlantısı ilə Bakı Atatürk Liseyinin 5-ci sinif şagirdi, eyni zamanda musiqi məktəbində tar ixtisası üzrə təhsil alan Əjdər Ömərzadə də qatılaraq Azərbaycan uşaqları adından bütün həmyaşıdlarını təbrik edib, tarda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ey Səba yeli” əsərini ifa edib”.

Səidə Ömər qeyd edib ki, bu cür proqramların keçirilməsi hər iki ölkənin uşaqları arasında birlik və bərabərliyin möhkəmlənməsi, eləcə də ölkələrimizin gələcəyi baxımından olduqca vacibdir.

O, proqramın həyata keçirilməsində əməyi keçən musiqi məktəbinin direktoru Tofiq Salmanova və bütün kollektivə təşəkkürünü bildirib.

Əvvəlki Yazı

Varşava meri ukraynalılarla həmvətən kimi davranmağı dayandırmağa çağırıb

Növbəti Yazı

Prezident İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma Kilsəsinin Kamerlenqosuna başsağlığı verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.