İyul 31, 2025-17:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanlı və ispan memarlar azad edilmiş ərazilərdə birgə layihə həyata keçirəcəklər

2023:12:04 - 11:00
in MƏDƏNİYYƏT
A A
Azərbaycanlı və ispan memarlar azad edilmiş ərazilərdə birgə layihə həyata keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “F-Holding” arasında ali təhsil müəssisəsinin rektoru Gülçöhrə Məmmədova ilə şirkətin direktoru Fərid Mustafayevin imzaladığı anlaşma memorandumunda qeyd olunub.

Sənədin imzalanma mərasimi İspaniya memarlarının və memarlıq şirkətlərinin universitetə səfəri çərçivəsində baş tutub.

Dövlət-özəl əməkdaşlığına əsaslanan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda birgə layihələrin işlənilməsi, xüsusilə gələcəkdə ispan memarların da iştirakı ilə işğaldan azad olunmuş ərazilərlə bağlı layihələrin işlənilməsi planlaşdırılır.

“F-Holding”in təsisçisi, İspaniyadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Fərid Mustafayev qeyd edib ki, memorandum Azərbaycan memarlarının xaricdə, həmçinin xarici memarların Azərbaycanda fəaliyyətinə şərait yaradaraq ölkə memarlığına töhfə verəcək: “Qarabağ işğaldan azad olunub. Həmin ərazilərdə abidələrin restavrasiyasında xarici memarların fəaliyyətinə dəstək olacağıq. Bununla da dünyaya 30 il işğalda qalan torpaqlarımızın necə dağıdıldığını bir daha göstərəcəyik”.

Qeyd edək ki, dekabrın 4-də “F-Holding”in təşkilatçılığı ilə bir qrup ispan memar AzMİU-da olublar.

Əvvəlki Yazı

Azərbaycanda yeni təhsil standartları hazırlanacaq

Növbəti Yazı

Azərbaycan fevralda Rusiyada beynəlxalq qida və içki sərgisində iştirak edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.