Sentyabr 11, 2025-13:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“AzərEnerji” Laçında ixtisaslaşdırma və işəgötürmə kursları təşkil edib

2024:07:26 - 11:31
in SOSİAL
A A

Laçın rayonunda tikilən kiçik su elektrik stansiyalarında işlə təmin olunan əməkdaşların təhsil və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “AzərEnerji” ASC Dövlət Məşğulluq Agentliyi ilə birlikdə 4 mərhələdən ibarət “Hidrotexniki qurğuların istismarı” üzrə praktik təlim-kursu keçirib.“Report”un “AzərEnerji”yə istinadən verdiyi məlumata görə, təlimdə Laçın rayonu ərazisində 9 yerdə istismara verilən Kiçik Su Elektrik Stansiyalarında çalışan 36 nəfər işçi iştirak edib. Onlardan məhz 7 nəfəri hazırda ərazidə məskunlaşan əhali arasından seçilərək yerindəcə işlə təmin olunanlardır. Ümumilikdə isə 36 nəfərdən 26 nəfəri Laçın rayonundan olan məcburi köçkünlərdir və onlardan 19 nəfəri yaxın vaxtlarda dövlət tərəfindən evlə təmin ediləcək.“AzərEnerji”nin təşkil etdiyi kurslar bitdikdən sonra Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları ilə birlikdə təlimdə iştirak edən işçilərə “Sertifikatlar” təqdim edilib.Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı “Azərenerji” tərəfindən Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması və yerli əhalinin daimi işlə təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətin strukturunda “Qarabağ Regional Elektrik Şəbəkəsi” və “Yaşıl Enerji Elektrik Stansiyaları” MMC-lər yaradılıb. Nəticədə bu günədək 500-ə yaxın insan daimi işlə təmin edilib ki, onların mütləq əksəriyyəti işğaldan azad olunan rayonların sakinləridir.“AzərEnerji”nin Tədris Mərkəzi və “Yaşıl Enerji” MMC strukturlarının Laçında həyata keçirdiyi kurslar, o cümlədən sertfikatların verilməsi prosesi analoji olaraq Kəlbəcər, Zəngilan və digər ərazilərdə də keçirilir və keçiriləcək.

Əvvəlki Yazı

Hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

Növbəti Yazı

Cari ilin altı ayı ərzində Azərbaycanda yaşamaq hüququ almaq üçün 2 mindən artıq müraciət olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.