İyun 20, 2025-15:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AzərEnerji”: “Şimal” Elektrik Stansiyası ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq

2023:11:20 - 13:39
in İQTİSADİYYAT
A A

Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasına İtaliyanın Ansaldo Energia şirkəti tərəfindən istehsal olunan 2 ədəd qaz turbini və 2 ədəd generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb.

“AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, hər birinin çəkisi 300-400 ton olan turbin və generatorlar yolboyu körpülərin altından xüsusi tədbirlər görülərək keçirilib. Beləliklə, “Ansaldo Energia” şirkəti tərəfindən göndərilən 2 dəst turbin və generatorlar artıq yerinə qoyulub, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və gələn ilin ilk aylarında göndəriləcək.

Bununla yanaşı, İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən elektrik stansiyasına gəliblər. Qonaqlar ilk öncə “AzərEnerji”nin rəhbəri Baba Rzayevin iştirakı ilə Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra rekonstruksiya olunan bloklara, tikinti ərazisinə baxış keçirilib, işin gedişatı ilə tanış olunub. Daha sonra İtaliya Azərbaycan dostluğu, işin gedişatı, tikinti-quraşdırma işləri ilə bağlı iclas keçirilib. İclasda “Ansaldo” ilə “AzərEnerji” arasında köməkçi avadanlıqların istehsalı, kadr mübadiləsi, ehtiyat hissələrin hazırlanması və digər məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin sonunda “Ansaldo Energia” şirkətinin nümayəndə heyəti ADA Universitetində olublar və İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti, “AzərEnerji” ASC, “Ansaldo Energia” və Turin Universiteti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, “AzərEnerji”nin Şüvəlandakı “Şimal” Elektrik Stansiyasının ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq. Burada qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanması təmin ediləcək.

Əvvəlki Yazı

Kreml Putinin G20 sammitindəki çıxışını təsdiqləyib

Növbəti Yazı

Kreml Finlandiyanın Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamaq qərarına reaksiya verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.