Avqust 22, 2025-20:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərişıq” Lerikdə fermer və sahibkarların problemlərini müzakirə edib

2024:07:15 - 17:20
in SOSİAL
A A

“Azərişıq” ASC sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə Lerikdə fermer və sahibkarlarla görüş keçirib.

“Report”un quruma istinadən verdiyi məlumata görə, Lerik rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirə 50 nəfərdən çox sahibkar və yerli sakin qatılıb.

Görüşdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini, qurumun Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəhbəri, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi iştirak edib. Görüşdə fermer və sahibkarların fikirləri, təklifləri, şikayət və tövsiyələri dinlənilir.

Görüş zamanı iştirakçılara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün ölkənin ən ucqar sərhədboyu kənd və qəsəbələrində belə vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün mütəmadi işlər görülür. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır.

Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda tam gücü ilə aparılır.

Həmçinin qurumun elektron xidmətləri barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmək imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

Qeyd edək ki, “Azərişıq” fermer və sahibkarları maarifləndirmək, yaranan çətinliklərin operativ həlli məqsədilə görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.

Əvvəlki Yazı

“COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Növbəti Yazı

İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.