İyun 18, 2025-23:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azərişıq” Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparır

2024:04:15 - 10:58
in İQTİSADİYYAT
A A

“Azərişıq” ASC Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində bir neçə istiqamətdə işləri fasiləsiz olaraq aparır.

“Report”un səhmdar cəmiyyətə istinadən verdiyi məlumata görə, Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib.

Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır. Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Üzümçülük deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.

İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.

Qeyd edək ki, “Azərişıq” Prezident İlham Əliyevin göstərişləri əsasında işğaldan azad olunmuş ərazilərdə, həmçinin, bütün digər regionlarda enerji təsərrüfatının yenidən qurulması istiqamətində işləri uğurla və zamanında yerinə yetirməkdə davam edir.

Əvvəlki Yazı

Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb

Növbəti Yazı

Ödənişlərdə gecikmələr ola bilər – Dolça

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.