Avqust 18, 2025-18:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azərişıq” rəhbərliyi COP 28 çərçivəsində xarici şirkət rəhbərləri ilə görüşlər keçirib

2023:12:06 - 16:14
in İQTİSADİYYAT
A A

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində “Azərişıq” ASC-nin rəhbərliyi bir sıra xarici şirkət rəhbərləri ilə görüşüb.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı əsasən “Azərişıq” ASC-nin tətbiq etdiyi innovativ yeniliklər nəticəsində yaşıl enerji sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, bu gün Azərbaycanda tətbiq olunan innovativ yeniliklər ənənəvi enerjidən yaşıl enerjiyə keçidi daha da sürətləndirir. 35/10/0,4 kV-luq üçpilləli sxemdən 35/0,4 kV-luq ikipilləli sxemə keçidlə Paylayıcı Elektrik Şəbəkələrinin topoqrafik sxemində gərginlik pilləsinin sadələşdirilməsi nəticəsində yaşıl enerji zonasında 6-10 kV-luq şəbəkələrin ləğvi ilə illik 42,5 milyon kubmetr təbii qaza qənaət edilir, həmçinin 102 min ton CO₂ (karbon dioksid) emissiyasının qarşısı alınır.

“Azərişıq” ASC tərəfindən “Yaşıl Enerji” mənbələrinin həyata keçirilməsi sayəsində bir yarımstansiyanın dam örtüyündə quraşdırılan mikro-Günəş Elektrik Stansiyasının illik istehsalı 40 min kilovat-saat təşkil edir. Bu da 1150 elektromobilin enerji təchizatına və ya 230 min km məsafəni qət etməyə imkan verir. Hər il bütün yarımstansiyalarda quraşdırılmış GES-dən alınan enerji ilə 48 milyon kilovat-saat elektrik enerjisi, 12 milyon kubmetr təbii qaza qənaət edilir.

“Azərişıq” ASC tərəfindən Rəqəmsal Yarımstansiyanın həyata keçirilməsi ilə Sadələşdirilmiş sistem təsvirləri və mobil 3D texnologiyasından istifadə etməklə mühəndislik səyləri azaldılır. Məsafədən işəsalma və sınaqdankeçirmə daha sürətli və asan olur. Həmçinin “Azərişıq” ASC-də kabel və hava elektrik verilişi xətləri də daxil olmaqla, şəbəkə elementlərinin texniki vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi təyinatlı pilotsuz uçuş aparatlarından – PUA-dan istifadə edilməsi qəza yerlərinin müəyyən olunmasına şərait yaradır.

“Azərişıq” ASC tərəfindən ənənəvi metal konstruksiya əvəzinə 35-0,4 kV kompozit dirəklər quraşdırılır. Şüşə lifli kompozit dirəklər ildırım vurması, gövdəyə cərəyan sızması hallarında uzun məsafəli kabel xətlərində ənənəvi metal və dəmir-beton dirəklərdən daha yaxşı dielektrik xüsusiyyətlərə malikdir. Fiberglas kompozit dirəklər sərt iqlim və ərazi şərtlərində, buz, donma-ərimə dövrlərində və dağlıq ərazilərdə yaxşı dözür. Həmçinin çəkisinin aşağı olması onların çətin ərazilərə daşınmasını asanlaşdırır. Elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, təhlili və planlaşdırılmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün paylayıcı şəbəkələrdə İnformasiya Texnologiyalarının tətbiqi sahəsində müasir tendensiyalardan biri olan 3D – mobil xəritəçəkmə texnologiyası da artıq istifadəyə verilib.

Əvvəlki Yazı

Ərdoğan Yunanıstan və Türkiyənin Haaqa məhkəməsində müzakirə edəcəyi mübahisəli məsələlərin olduğunu açıqlayıb

Növbəti Yazı

“Azərbaycan elminin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” – sessiya

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.