İyul 1, 2025-21:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərkosmos Laçında peyk internet platforması quraşdırıb

2023:11:22 - 15:36
in SOSİAL
A A

Azərkosmos Laçında “Azconnexus” platforması üzərindən internet xidmətlərini təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırıb.

Bu barədə “APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində “Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.

Belə ki, ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək.

Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan Azərkosmosun “Azconnexus” platforması fasiləsiz, təhlükəsiz, yüksəksürətli və keyfiyyətli internet xidməti təqdim edir. “Azconnexus” peyk interneti dövlət müəssisələrində, dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, yəni kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatandır. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növləri təqdim edir.

Əvvəlki Yazı

Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib

Növbəti Yazı

AYNA yük daşımaları üçün icazənin alınmasına dair təlimat paylaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.