İyun 19, 2025-0:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Azərxalça” ASC-nin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

2025:05:05 - 16:43
in MƏDƏNİYYƏT
A A

Bu gün Azərbaycanda xalçaçıların peşə bayramı – “Xalçaçı günü” kimi qeyd olunur. Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə – milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, bu səbəbdən bu gün “Azərxalça” ASC İdarə Heyətinin rəhbəri, Əməkdar incəsənət xadimi Emin Məmmədovun başçılığı ilə Cəmiyyətin bir qrup üzvü Ulu Öndərin məzarını ziyarət edib.

Qeyd edək ki, “Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzi, ən böyük xalça istehsalçısıdır. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 2016-cı ilə qədər xalçaçıların peşə bayramı olmayıb. Doqquz ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün – mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.

Artıq iki ildir ki, Azərbaycanda “Xalçaçı günü” yalnız xalçaçılar arasında deyil bütün ölkə, hətta dünya ölkələri ilə birlikdə Xalça festivalları ilə qeyd olunur. 2024-cü ildə təşkil olunmuş Milli Xalça Festivalı və 2025-ci il mayın 2-dən 4-dək təşkil olunmuş Beynəlxalq Xalça Festivalı bütün xalçaçıların hər kəsə hədiyyə etdiyi bir bayram oldu.

Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini – bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir.

Əvvəlki Yazı

Hindistanla gərginlik Pakistanın xarici yardımını təhdid edir

Növbəti Yazı

Almaniya Xarici İşlər Nazirliyi Rubionun AfD-nin ekstremist kimi qələmə vermə qərarı ilə bağlı tənqidini rədd edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.