İyun 26, 2025-0:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azad edilmiş ərazilərdə elektrik doldurma məntəqələrinin sayı ilin sonunadək 20-yə çatdırılacaq

2024:11:04 - 15:17
in İQTİSADİYYAT
A A

Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 20 Elektrik Doldurma Məntəqəsinin (EDM) quraşdırılması planlaşdırılıb.Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə “Azərişıq” ASC tərəfindən 6 məntəqə (“Zəngilan” yarımstansiyası, “Cəbrayıl” İntelektual Tədris Mərkəzi, “Xocalı” Rəqəmsal İdarəetmə Mərkəzi və s.) üzrə ümumilikdə 12 elektrik doldurma qurğusu fəaliyyət göstərir. Eyni zamanda Zəngilan şəhərində Konqres mərkəzin həyətində 3 ədəd, Şuşa şəhərində “Şuşa Otel və Konqres Mərkəzi”nin avtomobil parkında 2 ədəd elektrik doldurma qurğusu quraşdırılıb.Məlumata görə, “yaşıl enerji zona”sının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalardan istifadə, “ağıllı” enerji idarəetmə texnologiyalarıının tətbiqi kimi tədbirlər nəzərdə tutulub. Elektrik avtomobillərdən istifadə işğaldan azad edilmiş ərazilərdə daha təmiz ətraf mühitin formalaşdırılmasına təsir edən mühüm amillərdən biridir.Qeyd edək ki, “yaşıl enerji zonası” hüdudlarında elektrik ilə çalışan ictimai nəqliyyat vasitələrinin, həmçinin şəxsi avtomobillərin istifadə edilməsinin təşviqi məqsədilə müvafiq elektrik doldurma məntəqələri infrastrukturunun qurulması zəruridir və bu məsələ “yaşıl enerji zonası”nın komponenti kimi nəzərə alınır

Əvvəlki Yazı

Ötən həftə azad olunan ərazilərdə 237 mina zərərsizləşdirilib

Növbəti Yazı

AzMİU ilə Qazaxıstanın iki universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.