İyul 31, 2025-23:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azad həmişə xatırlanacaq…

2024:03:11 - 18:00
in GÜNDƏM
A A

Onun ömür payına cəmi 27 il yaşamaq düşdü. Azad Vətəni, onun azad olunmasını çox istəyirdi. Elə bu məqsədlə də silaha sarılmışdı…

AZƏRTAC xəbər verir ki, Azad Zeynalov 1967-ci il martın 11-də Neftçala rayonunun Dördlər kəndində anadan olub. Hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmiş, “Azərneft”də əmək fəaliyyətinə başlamışdı. Vətənin çağırışına könüllü olaraq getmişdi. Subay idi.

1994-cü il fevralın 2-də Ağdərənin Şəhriyar yüksəkliyində döyüş yoldaşlarını xilas edərkən şəhid olub.

Bu gün dünyadan nakam gedən Azadın doğum günüdür. O, Vətənin düşmənlərdən təmizlənməsini, onun işğaldan azad olunmasını çox arzu etsə də, bunu görmək ona nəsib olmadı.

İndi onun ruhu gec də olsa, yəqin ki, rahatlıq tapıb. Bu gün Qarabağ torpağı öz azadlığına qovuşub, onun sinəsindən erməni vandallarının izləri silinib. Azad da bu yolda canını fəda edən digər şəhidlər kimi ana torpağın qucağında əbədiyyət yuxusuna gedib. O, bu müqəddəs yolda şəhid olan döyüşçülər kimi heç vaxt unudulmayacaq, həmişə xatırlanacaq…

Həm də təkcə doğum günündə yox…

Əvvəlki Yazı

Multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq mühiti barədə məlumatlandırılıb

Növbəti Yazı

Almaniyada silsilə tətillər başladı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.