118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin yeddi seçki məntəqəsi azad olunmuş ərazilərdə qurulub.Bu barədə “Report”un Qarabağa ezam olunmuş müxbirinə dairədən məlumat verilib.Bildirilib ki, Ağdamda 4, Xocalıda 3 seçki məntəqəsi formalaşdırılıb:”Ağdam və Xocalıda hər birində bir məntəqə bu il parlament seçkiləri ilə bağlı yaradılıb”.