Avqust 12, 2025-7:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AZAL və “Azərsun Holdinq” yaşıl dünya naminə əməkdaşlığa başlayıb

2024:07:29 - 11:01
in İQTİSADİYYAT
A A

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Azərsun Holdinq” MMC Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində davamlı inkişaf təcrübələrinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi üçün “Daha təmiz dünya-daha parlaq səma!” adlı birgə layihəyə start verib.“Report” AZAL-a istinadən xəbər verir ki, “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində keçirilən bu təşəbbüsün əsas məqsədi kağız resurslarından istifadənin azaldılmasına, tullantıların təkrar emalının təşviqinə və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsinə yönəlmiş tədbirlər tətbiq etməklə yaşıl, ekoloji cəhətdən məsuliyyətli gələcəyin yaradılmasına töhfə verməkdir.

İlkin olaraq Bakı hava limanında kağız tullantılarının yığılması üçün xüsusi qablar quraşdırılıb ki, bu da daha təmiz və dayanıqlı ətraf mühitin yaradılması istiqamətində növbəti addımların başlanğıcıdır. Layihə çərçivəsində toplanmış tullantı kağızları holdinqə məxsus “Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” MMC təkrar emal edəcək.Təkrar emal olunmuş kağız istehsalı havanı ilkin xammaldan istehsal ediləndən 73% -ə qədər daha az çirkləndirir. Bundan əlavə, hər ton təkrar emal edilmiş kağız təxminən 17 ağacı xilas etməyə və 3.3 m3 tullantının azalmasına kömək edir.Hər kəsi planetimizin gələcək nəsillər üçün qorunmasında şübhəsiz bəhrəsini verəcək bu mühüm təşəbbüsə ümumi iştiraka və dəstəyə çağırırıq!

Əvvəlki Yazı

Rəhman Mustafayev: Fransa milli televiziyası Pyer de Kubertenin çağırışını eşitməmiş kimi görünür

Növbəti Yazı

Bakıda evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.