İyun 20, 2025-0:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“AzerGold” Türkiyənin dağ-mədən şirkətləri ilə Afrikada birgə əməkdaşlıq imkanlarını müzakirə edib

2025:01:23 - 13:03
in İQTİSADİYYAT
A A

“AzerGold” QSC ilə Türkiyənin dövlət və özəl dağ-mədən şirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

“Report” “AzerGold”a istinadən xəbər verir ki, bu müzakirələr yanvarın 22-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Baş idarəsinin rəisi Şebnem Cenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Bu məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı istiqamətində görülən işlər haqqında danışıb.

“AzerGold” QSC-nin qardaş ölkənin aidiyyəti dövlət qurumları, eləcə də özəl şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən İdarə Heyətinin sədri Afrika və Orta Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu, bu istiqamətdə Keniya, Konqo Respublikası, Niger, Mali, Burkina-Faso, Qvineya-Bisau kimi Afrika ölkələrinin müvafiq qurumları ilə çoxsaylı rəsmi və işgüzar görüşlərin keçirildiyini qeyd edib.

Zakir İbrahimov QSC-nin mineral resurslarla zəngin olan Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında da maraqlı olduğunu, həm geoloji kəşfiyyat, həm də əlvan və qara metalların hasilatı istiqamətində birgə əməkdaşlığın qurulmasına müsbət yanaşıldığını diqqətə çatdırıb.

Türkiyənin Seneqal, Liberiya, Əlcəzair, Niger və digər ölkələrdə dağ-mədən sahəsi üzrə fəaliyyət göstərdiyini qeyd edən Şebnem Cenk Afrika ölkələrinin potensialı nəzərə alınaraq, bütün sahələrdə yüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin sözügedən qitədə yeni əməkdaşlıqların qurulması baxımından da faydalı olacağına, bu əməkdaşlıqdan həm Türkiyə və Azərbaycanın, həm də Afrika ölkələrinin iqtisadi fayda əldə edəcəyinə əminliyini ifadə edib.

Görüşün yekunu olaraq “AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədi ilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.

Əvvəlki Yazı

İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib

Növbəti Yazı

Tanınmış rəssamın əsərlərindən ibarət kataloq-albom çap olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.