2023-cü ildə “AzerGold” QSC-nin əldə etdiyi iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər davam etdirilib. Belə ki, ötən il ərzində “AzerGold” QSC və törəmə şirkətlər tərəfindən ümumilikdə 38,4 milyon manat vergi ödənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 7,6 milyon manat ödəniş edilib.