Avqust 17, 2025-8:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“AzerGold”un növbəti Təqaüd proqramlarının qalibləri mükafatlandırılıb

2024:01:12 - 10:14
in SOSİAL
A A

“AzerGold” QSC-nin ali və peşə təhsili üzrə elan etdiyi 3-cü Təqaüd proqramı müsabiqələrinin qalibləri müəyyənləşib.

Yanvarın 11-də səhmdar cəmiyyətinin Bakıda yerləşən baş ofisində ali təhsil, Daşkəsəndə yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində isə peşə təhsili üzrə müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qurumun strateji layihələrinin vaxtında və lazımi kadrlarla təmin edilməsi məqsədi ilə təsis edilən müsabiqələrdə 2023-2024-cü tədris ili üzrə 10 nəfər ali məktəb, 8 nəfər peşə məktəbinin tələbəsi təqaüdə layiq görülüb. Test imtahanı və müsahibə mərhələsindən uğurla keçən tələbələri “AzerGold”un rəhbərliyi təltifnamə ilə mükafatlandırıb.

Təqaüd proqramına cəlb edilən hər bir tələbə 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək. Bundan başqa, proqramda iştirak edən tələbələr səhmdar cəmiyyətində təcrübə keçəcək, məzun olduqdan sonra ehtiyac duyulan istiqamətlərdə onların məşğulluğa cəlb edilməsinə baxılacaq.

Xatırladaq ki, ali təhsil üzrə “Təqaüd proqramı” layihəsi bakalavr və magistr səviyyəsinin sonuncu kursunda əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün təşkil edilib. Ötən illərdən fərqli olaraq bu il dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri ilə yanaşı, ekologiya, kimya mühəndisliyi, elektrik və energetika mühəndisliyi və digər sahələr üzrə təhsil alan tələbələr də müsabiqədə iştirak ediblər.

Peşə təhsili üzrə “Təqaüd proqramı” müsabiqəsi isə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün təşkil edilib. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzinə qəbul olunan və 2023-2024-cü tədris ili üzrə “Dağ-mədən işləri üzrə mütəxəssis”, “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” və “Elektrik qaz qaynaqçısı” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

Ötən 3 ildə “Təqaüd proqramı” müsabiqələrində iştirak etmiş ali məktəb tələbələrinin sayı 949 nəfərə, peşə təhsili alan tələbələrin sayı isə 204 nəfərə çatıb. Bu günə qədər 28 nəfər ali təhsil, 35 nəfər peşə təhsili üzrə “AzerGold” təqaüdünə layiq görülüb.Report.

Əvvəlki Yazı

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Növbəti Yazı

Elin Süleymanov “Economist”də yazıb: Azərbaycan və Ermənistan münaqişəni arxada qoyub tarixi addımlar atır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.