İyun 24, 2025-3:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“AzerGold”un yeni istiqraz emissiyasının əlavə parametrləri açıqlanıb

2024:01:08 - 17:08
in İQTİSADİYYAT
A A
“AzerGold” QSC-nin “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdirməyi planlaşdırdığı 20 milyon ABŞ dolları dəyərində yeni istiqrazlar ilk emissiyada olduğu kimi 3 il tədavüldə olacaq.

“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Bununla belə, istiqrazların illik gəlirliliyi ilk emissiya ilə müqayisədə 2 faiz bəndi çox – 6 % təşkil edəcək, faizlər yenə də rüblük ödəniləcək.

İlk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 000 ədəd istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri yenə də “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

“AzerGold”un 2020-ci ildə tədavülə buraxdığı 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların tədavül müddəti ötən ilin sentyabr ayında başa çatıb. Nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazın yarısı 2020-ci ilin sentyabr ayında, yarısı noyabr ayında yerləşdirilib. Bu müddətdə istiqraz sahibləri 2,4 milyon ABŞ dolları faiz gəlirləri əldə edib. Həm bu məbləğ, həm də əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, ümumilikdə 22,4 milyon ABŞ dolları məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi başa çatdırılıb.

Əvvəlki Yazı

Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq

Növbəti Yazı

Şəkidə evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.