Ötən il ərzində “Azersun Holding”ə məxsus markalar tərəfindən onlarla Korporativ Sosial Məsuliyyət və humanitar yardım layihələri həyata keçirib. Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azersun Holding”də 20 mindən artıq insan daimi iş yeri ilə təmin olunub. Bu illərdə ümumilikdə 30-dan artıq istehsal müəssisəsi istismara verən şirkətlər qrupu Bakıda və bölgələrdə məşğulluğun təmin olunmasında mühüm rol oynayır.Azərtac