Avqust 11, 2025-16:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

AZƏRTAC-ın təşəbbüsü ilə Serbiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə fotosərgi keçirilib

2023:12:18 - 14:31
in SİYASƏT
A A

AZƏRTAC-ın təşəbbüsü ilə Belqrad Etnoqrafiya Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərginin açılışında Serbiya ictimaiyyətinin və bu ölkədəki diplomatik korpusun nümayəndələri, elm və incəsənət xadimləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və “AzVirt” şirkətinin təmsilçiləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin bərpasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından danışıb.

Diplomat “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dönəmləri, beynəlxalq səviyyədə keçirdiyi görüşləri əks etdirən nadir fotoların nümayiş olunduğunu bildirib.

Kamil Xasiyev görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə göstərdiyi dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirib.

Sərgidə Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın fotoxronikasında saxlanılan 20-dək nadir fotoşəkli sərgilənib.

Fotosərgi Serbiya KİV-lərində geniş işıqlandırılıb.

Əvvəlki Yazı

Mənbə: İtaliyanın Rusiyadakı səfiri dəyişdiriləcək

Növbəti Yazı

Gürcüstan Rusiya ilə gizli danışıqlar aparmadığını bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.