İyun 19, 2025-7:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

AZƏRTAC tərəfindən hazırlanan “Heydər Əliyev Azərbaycandır!” filminin Laçın şəhərində təqdimatı olacaq

2023:12:12 - 10:22
in SİYASƏT
A A

Ulu Öndər Heydər Əliyevin anım günü Laçın şəhərindəki “Lacinema” Kino Mərkəzində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən hazırlanan Ümummilli Liderin 100 illiyinə həsr olunmuş ikihissəli “Heydər Əliyev Azərbaycandır!” filminin təqdimat mərasimi olacaq.

AZƏRTAC xəbər verir ki, ekran əsərində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.

Baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucov olan filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb.

Ekran əsərinin birinci hissəsində Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman cərəyan edən önəmli hadisələr əksini tapıb. Burada Heydər Əliyevin Azərbaycanda sənayenin və iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin tanıdılması istiqamətində həyata keçirdiyi nəhəng layihələr barədə geniş məlumatlar təqdim olunur.

Filmin ikinci hissəsi Azərbaycanın müstəqilliyinin bərpası dövrünü əhatə edir. Ulu Öndərin müasir müstəqil Azərbaycanın banisi kimi həyata keçirdiyi genişmiqyaslı layihələrdən, onun qətiyyətli siyasi fəaliyyətindən söhbət açılır.

Xatırladaq ki, filmin ilk nümayişi oktyabrın 2-də və 3-də İTV kanalında olub.

Əvvəlki Yazı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Növbəti Yazı

Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin iyun-dekabrı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.