İyun 17, 2025-4:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzMİU-da memarlıq ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı veriblər

2024:08:02 - 12:31
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə imtahan yekunlaşıb. Qabiliyyət imtahanı 3 gün davam edib.Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan veriblər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilib və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanıblar.Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri nəzarət ediblər.AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova imtahandan öncə abituriyentlərə/subbakalavrlara tövsiyələrini verib və onlara uğurlar arzulayıb. AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri tapşırıqları izah edərək imtahan zalını tərk ediblər. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə/subbakalavrlara 4 saat vaxt verilib.Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 399 abituriyent/subbakalavr DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrindən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Apellyasiya komissiyası yaradılıb. İmtahan nəticələrindən narazı olanlar DİM-in elektron sistemi üzərindən qeydiyyatdan keçərək avqustun 3-də Apellyasiya komissiyasına müraciət edə bilərlər.Qeyd edək ki, imtahan tapşırıqları AzMİU-nun və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən qiymətləndirilib.

Əvvəlki Yazı

Filippin və Yaponiya Cənubi Çin dənizində ilk dəfə birgə təlimlər keçirib

Növbəti Yazı

Sudanlı diplomat Qərbi azərbaycanlıların geri qayıtmaq hüquqları barədə məlumatlandırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.