Avqust 23, 2025-16:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib

2024:12:09 - 16:54
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “EDU Company” Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Xəmsə” bilik yarışı tədbiri keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənclər arasında təbliği və onun mübariz, məqsədyönlü həyat yolunu iştirakçılara örnək olaraq təqdim etmək olub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək Heydər Əliyevin gənclərin inkişafında oynadığı mühüm rolu vurğulayıb. Daha sonra “EDU Company” Təhsil Şirkətinin direktor müavini Hüseyn Manafov çıxışında belə tədbirlərin Ulu Öndərin irsinin daha geniş auditoriyalara çatdırılmasında əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən xüsusi videoçarx nümayiş olunub. İştirakçılar Heydər Əliyevin zəngin irsi ilə bağlı intellektual suallar və tapşırıqlara cavab verərək öz biliklərini sınayıblar.

Yarış maraqlı və rəqabət dolu anlarla yadda qalıb. Nəticələrə əsasən, şirkətin 28 May filialının “Apokalipsis” komandası I yerə, Göyçay filialının “Çinar” komandası II yerə, Xalqlar filialının “Zəfər” komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalar xüsusi mükafatlarla təltif olunub.

Əvvəlki Yazı

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib

Növbəti Yazı

Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.