Avqust 12, 2025-23:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzMİU prorektorunun beynəlxalq riyaziyyat konfransındakı məruzəsi alimlər tərəfindən yüksək qiymətləndirilib

2024:07:09 - 12:30
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Serbiyada keçirilən “Analiz, topologiya və tətbiqlər 2024” mövzusuna həsr edilən beynəlxalq konfransda təmsil olunub.AzMiU-dan AZƏRTAC-a bildirilib ki, universitetin elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanova və Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli konfransda iştirak ediblər.Beynəlxalq konfrans Serbiyanın Vrnyaçka Banya şəhərində hər il keçirilir. Serbiyanın Elm Nazirliyi, Kragucevac Universiteti, Nis Universiteti, Belqrad Universiteti, Belqrad Müdafiə Universiteti, Novıy Bazar Universiteti tərəfindən təşkil olunan bu tədbir dünyada riyaziyyat üzrə ən nüfuzlu konfrans hesab olunur.Hər il olduğu kimi bu il də konfransda müxtəlif ölkələrdən dünyaşöhrətli alimlər çıxış ediblər. Azərbaycanla yanaşı, konfransda ABŞ, Kanada, Cənubi Koreya, Rusiya, Yunanıstan, Türkiyə, Xorvatiya, Makedoniya və digər ölkələrin alimləri fəallıq göstəriblər.Konfransda AzMİU əməkdaşlarının çıxışları da yer alıb. AzMİU-nun prorektoru professor Nigar Aslanovanın “Dördüncü tərtib diferensial operator tənliklər üçün bəzi sərhəd məsələləri” mövzusunda məruzəsi alimlər tərəfindən geniş müzakirələrə və marağa səbəb olub. Məruzə ABŞ Missuri Elm və Texnologiya Universitetinin professor, bir sıra impakt faktorlu jurnalların baş redaktoru və redaktoru Martin Bohner (h indeksi 65), Belqrad Universiteti mexanika riyaziyyat fakültəsinin dekanı Miloş Arsenoviç və digər riyaziyyatçılar tərəfindən yüksək qiymətləndirilib.Konfransda, həmçinin AzMİU-nun Elmi-tədqiqat şöbəsinin müdiri, Mexanika kafedrasının dosenti Reyhan Əkbərlinin çıxışı dinlənilib. Onun “Elastik örtükdə ikifazalı mayenin oxasimmetrik hərəkəti məsələsi” adlı məruzəsi də maraqla qarşılanıb.Qeyd edək ki, AzMİU əməkdaşlarının məruzələrinin tam mətni konfransa həsr olunmuş impakt faktorlu jurnala təqdim olunacaq.

Əvvəlki Yazı

Gələn həftə məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanılacaq 

Növbəti Yazı

Bu il 100 bağçada yoxlama aparılması nəzərdə tutulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.