Sentyabr 12, 2025-9:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azpetrol” 27 yaşını qeyd edir!

2024:07:15 - 10:00
in İQTİSADİYYAT
A A

Bu gün, Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti 27 yaşını qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçərək, yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb.

“Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağa genişləndirilməsi, şirkətin strateji inkişaf planının qısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Zəngilanda, Hadrutda, Suqovuşanda, Xankəndidə, Füzulidə və Şuşada “Azpetrol”-un modul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət Qarabağa “Böyük Qayıdış” planının tərkib hissəsindən olan məşğulluğun təmin edilməsi məsələsinə bununla öz tövhəsini vermiş olur.

“Аzpetrol” şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyevin Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində gördüyü işlər nəticəsində mümkün olub və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə, “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.

“Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi – “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 104 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün Neftbaza, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 119 ədəd yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 20 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri fəaliyyət göstərir. “Azpetrol” Azərbaycanda ən iri işəgötürənlər siyahısındadır və hazırda şirkətdə 3 400-dən çox əməkdaş çalışır.

“Azpetrol” – Daim inkişafa doğru!.Report.

Əvvəlki Yazı

Tramp hesab edir ki, Bayden ABŞ Ədliyyə Nazirliyindən ona qarşı iki təqibi ləğv etməyi xahiş edəcək

Növbəti Yazı

Ekspert: ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi Almaniyanın maraqlarına cavab vermir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.