İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) çalışan şəxslərin təqribən 40 %-i qadınlardır.
“Report” xəbər verir ki, bunu qurumun icraçı direktoru Yusif Abdullayev Bakıda keçrilən “SHE Kongress”ində bildirib.
Bununla yanaşı, o qeyd edib ki, hazırda AZPROMO-da 4 müşavir fəaliyyət göstərir və onların 2-si qadınlardır.