Sentyabr 12, 2025-23:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Aztelekom” MMC Şamaxını yüksəksürətli internetlə təmin edir

2024:01:24 - 15:24
in SOSİAL
A A

“Aztelekom” MMC Şamaxı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 81 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

AZƏRTAC xəbər verir ki, rayonun Yeni Muğanlı, Muğanlı, Meysəri, Qurdtəpə, Ərçiman, Böyük Xınıslı, Əngəxaran, Qaleybuğurd, Laləzar, Məlikçobanlı, Çaylı, Göylər, Dağ Bağırlı, Yenikənd, Avaxıl, Günəşli, Qaravəlli, Dəmirçi, Səfalı, Şirvan, Nüydü, Adnalı, Sabirli, Quşçu, Kərkənc, Mirikənd və Məlcək kəndlərində, Şəhriyar, Sabir və Yusif Məmmədəliyev qəsəbələrində və Şamaxı şəhərində fiber-optik şəbəkə qurulub. Abunəçilər müvafiq xidmətlərdən yararlanırlar və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet;

– internet + telefoniya;

– internet + televiziya;

– internet + telefoniya + televiziya.

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Şamaxı rayonu, Heydər Əliyev 21), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, 2017-2023-cü illərdə Azərbaycanda, ümumilikdə, 2 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 66 faizini təşkil edir.

Əvvəlki Yazı

Qərəzli, effektsiz, ermənipərəst – Fransa və Almaniya AŞPA-nın quyusunu qazır Şərh

Növbəti Yazı

Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.