İyun 19, 2025-0:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Bəhreyn İsraillə iqtisadi əlaqələri dayandırıb

2023:11:02 - 18:10
in DÜNYA, SİYASƏT
A A

FILE PHOTO: The flags of Israel and Bahrain flutter along a road in Netanya, Israel September 14, 2020. REUTERS/Nir Elias/File Photo/File Photo

Bəhreyn hakimiyyəti İsrailin Qəzza zolağındakı hərəkətləri fonunda Fələstin xalqına dəstək nümayişi olaraq İsraildəki səfirini geri çağırmaq və yəhudi dövləti ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib. Bu barədə Bəhreynin Deputatlar Palatasının (parlamentin aşağı palatası) bəyanatında deyilir.

“Deputatlar Palatası İsrailin Bəhreyndəki səfirinin krallığı tərk etdiyini təsdiqləyir və Bəhreyn krallığın İsraildəki səfirini ölkəyə qaytarmaq qərarına gəlib. İsraillə iqtisadi əlaqələr də dayandırılıb”, – deyə hökumətin saytında dərc edilmiş bəyanatda deyilir. 

Qanunverici orqan qeyd edib ki, bu qərar “Bəhreynin Fələstin məsələsinə və qardaş Fələstin xalqının qanuni hüquqlarına tarixi və güclü dəstəyinin təsdiqidir”. Bəyanatda deyilir ki,  Bəhreyn Deputatlar Palatası,  “müharibə və hərbi əməliyyatların davam etməsi, habelə İsrailin davam edən təcavüzü səbəbindən Qəzza zolağında və Fələstinin digər bölgələrində günahsız insanların həyatını xilas etmək üçün tədbirlər görülməsini tələb etmək məcburiyyətindədir. 

2020-ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb. Üçtərəfli sövdələşmə “Abraham Accords” adlanırdı. Daha sonra Sudan və Mərakeş yəhudi dövləti ilə münasibətlərin normallaşdığını elan ediblər. BƏƏ və Bəhreynlə sülh bağlanmazdan əvvəl İsrail ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik idi. (Tass)

Əvvəlki Yazı

Media: Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı texniki danışıqlar başa çatıb

Növbəti Yazı

ABŞ Çin və Honq Konqdan olan 5 şirkətə qarşı sanksiya tətbiq edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.