Avqust 24, 2025-12:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bəhruz Məhərrəmov: Qanunda, təlimatlarda polisin seçkilərdə aydın davranışı müəyyən edilib

2024:07:11 - 15:51
in SİYASƏT
A A

“Polis haqqında” Qanunun 14-cü maddəsinə əsasən, kütləvi tədbirlər zamanı ictimai asayiş və ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifəsi olduğu üçün vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanı olaraq polisin parlament seçkilərində gücləndirilmiş iş rejiminə keçməsi zəruri prosedurdur.

Bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, qanunda, DİN-in təlimatlarında, habelə Mərkəzi Seçki Komissiyasının hazırladığı və hər bir polis nəfərinin tanış olduğu yaddaş kitabçalarında polisin seçkilərdə aydın davranış xəritəsi müəyyən edilib.

“Polis əməkdaşı səsvermədə seçici kimi iştirak etdiyi hal istisna olmaqla, seçki məntəqəsindən 100 metr məsafədə daim hazır vəziyyətdə xidmət aparmalıdır. Çünki Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən, hüquq-mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər. Polisin seçki məntəqələrində baş verə biləcək qanunsuzluqların qarşısını alması, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, məntəqə və ətrafda baş verə biləcək xoşagəlməz halların qarşısının alınması bütün dünyada qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuş praktikadır. Bu situasiyanı “hakimiyyətin seçki saxtakarlığına getməsi”, “polisin seçkiləri nəzarətə götürməsi” və s. bu kimi iddialarla izah etmək cəhdləri qərəzli riyakarlıqdır. Sosial mediada, habelə “Azadlıq” radiosu, Meydan TV və digər bu kimi beşinci kolon resurslarında “hakimiyyətin seçki saxtakarlığına getməsi”, “polisin seçkiləri nəzarətə götürməsi” kimi tezislərin tirajlanması, polisin seçki prosesində qanunvericiliklə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsini seçkilərə müdaxilə kimi qiymətləndirməyə cəhdi anarxiya tərəfdarlarının absurd arzusudur və bu kimi ucuz iddiaların nə xalqın, nə də dövlətin nəzərində heç bir əhəmiyyəti yoxdur. Yaxşı olar ki, xaricdən maliyyələşən və özünə müstəqil deyən bu “cib mediası” sifariş aldıqları ölkələrin aidiyyəti sahədə işlək sisteminə diqqət yetirsinlər. Aydındır ki, bu qüvvələri sabit və təhlükəsiz mühitdə şəffaf seçkilər yox, ölkənin imicinə xələl gətirə biləcək ajiotajlar maraqlandırır.

Biz növbədənkənar parlament seçkilərinin şəffaf və demokratik şəkildə keçirilməsi üçün üzərimizə düşən vəzifələri tam və qüsursuz yerinə yetirməkdə israrlıyıq. Cari qeyri-sağlam iddialar isə ikrah doğursa da, təəccüblü deyil. Möhtərəm Prezident hələ andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycan özünün böyük zəfərlərindən sonra bir sıra kənar qüvvələrin hədəfindədir. Hərb meydanında və diplomatik masada ağır məğlubiyyətə məruz qalan tərəflər bu gün Azərbaycanda daxili stabilliyi, ictimai qayda və təhlükəsizliyi hədəfə almaqla nəyəsə nail olmağa ümid edirlər ki, polisə yönəlik qarayaxmalar da məhz bu prosesin tərkib hissəsidir”, – Bəhrum Məhərrəmov vurğulayıb.

Əvvəlki Yazı

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub

Növbəti Yazı

Anar Rzayev: COP29-a kimi Bakıya 160 yeni elektrikli avtobus gətiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.