Avqust 17, 2025-3:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bərdədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

2025:05:11 - 11:40
in SİYASƏT
A A

Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibəti ilə Bərdə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadliniskaya, icra aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, şəhid ailələri, müharibə əlilləri, YAP-ın fəalları, KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki. tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” filmi nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.

Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskar rolunu oynamış Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı yönələn qəsdlərin qarşısının alınmasındakı rolundan danışıb. Qeyd edib ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyev isə Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, 44 günlük tarixi Zəfəri qazanmaqla yeni bir tarixi epoxanın əsasını qoymuşdur.

Sonda YAP-a qəbul olunmuş yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Əvvəlki Yazı

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tar konserti keçirilib

Növbəti Yazı

Bakıda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.