Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevlə vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edirlər.
Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi Yasamal qəbiristanlığına aparılaraq dəfn ediləcək.