İyun 14, 2025-11:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bahar Muradova: Azad edilən ərazilərə qayıdış ailə institutunun dirçəlməsinə böyük imkan yaradıb

2025:06:12 - 11:24
in SOSİAL
A A

Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərə qayıdış ailə institutunun dirçəldilməsinə böyük imkan yaradıb.

“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin 2-ci iclasında danışıb.

O qeyd edib ki, 2615 ailə, yəni 10 233 vətəndaşın işğaldan azad edilmiş ərazilərə köçürülməsi baş tutub: “2026-cı ilin sonuna qədər 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub”.

B.Muradova vurğulayıb ki, ailə türk coğrafiyasında sədaqət, fədakarlıq və şərəfin simvoludur.

“Bugünkü foruma toplaşan ailələr və eyni dəyərlərlə yoğrulan gənclər ortaq gələcəyimiz barədə fikirləşdikcə gələcəyimiz möhkəm dayaq üzərində formalaşacaq. Gənc ailələrin ortaq dəyərlər üzərində dialoq aparması üçün bu forum unikal platformadır. Biz ailə təməllərini möhkəmləndirmək üçün erkən evliliklər, boşanmalar və digər məsələlərlə bağlı mexanizmlərimizi möhkəmləndirmişik. Dəyərlərimizə yad olan məsələlərin cəmiyyətimizə inteqrasiyasının qarşısını almalıyıq”, – o vurğulayıb.

Komitə sədri əlavə edib ki, 2024-cü ildə Azərbaycanda 102 min 10 uşaq dünyaya gəlib və demoqrafik artım 43 min 401 nəfər olub.

O qeyd edib ki, hazırda ailə mexanizmi konsepsiyasının üzərində iş gedir: “Biz yalnız ildə bir dəfə nazirlər toplantısında deyil, bir neçə dəfə bu mövzuya həsr olunmuş tədbirlərdə iştirak edə bilərik”.

Əvvəlki Yazı

Vyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib

Növbəti Yazı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəməsi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.