AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023” layihəsinin təqdimat mərasimində səsləndirib.
Komitə sədri bildirib ki, layihənin məqsədi ölkəmizin xeyriyyəçilik ənənələrini davam etdirmək, cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
Dəstək layihəsində iştirak edənlərə komitə adından öz təşəkkürünü bildirən Bahar Muradova bu proqramı gözəl niyyət adlandırıb.
Vurğulanıb ki, cəmiyyətimizin savadlı, təhsilli gənc qızlara ehtiyacı var və bu işdə imkanı olanlar kömək əlini uzatmalıdırlar.
Qeyd edək ki, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023” çərçivəsində şəhid və aztəminatlı ailələr, həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan 54 qız tələbənin təhsilinə dəstək göstəriləcək.
İndiyədək 93 gənc qız bu layihədən yararlanıb.