Səudiyyə gəmiçilik şirkəti Bahri bildirib ki, onun tanker Amjad Qırmızı dənizdə hücuma məruz qalmayıb və husilər tərəfindən vurulan başqa bir ticarət gəmisi ilə bağlı insidentdə zədələnməyib.
“Biz təsdiq edirik ki, “Amjad” gəmisi hücuma məruz qalan başqa bir tankerin yaxınlığında şimal Qırmızı dəniz vasitəsilə tranzit keçib. Biz birmənalı olaraq bildiririk ki, “Amjad”a hücum edilməyib və zədələnməyib. Gəmi tam işləyir və rahat şəkildə nəzərdə tutulan ünvana doğru gedir”. şirkətin saytında dərc olunan bəyanatda deyilir. (Tass)