“Bakı Ali Neft Məktəbi SOCAR-ın nəzdində təsis olunub. Universitetin təhsil- tədris vəsaitlərinin sənayenin inkişafına uyğunlaşdırılması hədəf kimi götürülüb”.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezident Ziba Mustafayeva deyib.
O bildirib ki, Bakı Ali Neft Məktəbinin nəticələri ölkə daxilində deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da yüksəkdir.
“Biz hazırda bərpa olunan enerji layihəli ilə bağlı mühəndis fakültəsini açmaq istəyirik, ” – deyə Ziba Mustafayeva qeyd edib.