SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Çin Neft Universitetində təhsil alır.
BANM-dən AZƏRTAC-a bildirilib ki, neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Elgün Cabbarov və Ayxan Əmraslanov Çində bir semestr oxuyacaqlar.
Daha sonra onlar Vətənə dönərək BANM-də təhsillərini davam etdirəcəklər.