Rektor bildirib ki, müasir dövrdə əsas məqsəd türkoloji tədqiqatları yalnız dil çərçivəsində deyil, həm də mədəniyyət və ədəbiyyat kontekstində daha geniş şəkildə inkişaf etdirməkdir: “Bu konfrans çərçivəsində son 100 ildə bu sahədə baş verən proseslər araşdırılır və əldə olunan nəticələr müzakirə edilir. Bu yanaşma, eyni zamanda, ali təhsil müəssisələrinin Türkoloji Qurultay qarşısında duran prioritetlərini müəyyənləşdirməyə imkan yaradır.
Konfransın əsas məqsədi türkoloji tədqiqatların gələcək inkişaf istiqamətlərini müəyyən etmək və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir”.
