İyun 15, 2025-0:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakı Enerji Həftəsində “yaşıl enerji” üzrə əməkdaşlıq sənədləri imzalanıb

2025:06:02 - 14:27
in İQTİSADİYYAT
A A
Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını, həmçinin Energetika Nazirliyi ilə Maire Tecnimont S.p.A. arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

 

“APA-Economics” xəbər verir ki, Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpa olunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi” imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Tao Zhicheng imzalayıblar. Layihə üzrə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” isə “Azərenerji” ASC adından qurumun İdarə Heyətinin sədri Baba Rzayev, şirkət adından direktor Tao Zhicheng tərəfindən imzalanıb.

Azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan iki günəş elektrik stansiyası üzrə də müqavilələr imzalanıb. 50 MVt gücündə “Üfüq” GES və 50 MVt gücündə “Şəms” GES layihələri üzrə “Torpaq icarə müqavilə”lərini energetika naziri Pərviz Şahbazov, “Enerso Jabrayil” MMC şirkətinin direktoru Eldar Məmmədzadə və “Clean Energy Jabrayil” MMC-nin direktoru Xəyalə Nağıyeva imzalayıb. Hər iki layihəyə dair “Enerji alqı-satqı müqavilə”ləri və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”ləri də imzalanıb.

Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb.

Bundan başqa, Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb.

 

Əvvəlki Yazı

ADAU ilk dəfə RUR beynəlxalq reytinqinə daxil olaraq, ölkə üzrə beynəlmiləlləşmə istiqamətində II yerdə qərarlaşıb

Növbəti Yazı

Yaxın beş ildə şimal-qərb bölgəsində daha 250 hektar qızılgül plantasiyası salınacaq 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.