Avqust 25, 2025-17:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakı metrosunda yeni telekommunikasiya sistemləri tətbiq edilə bilər

2023:12:08 - 17:40
in İQTİSADİYYAT
A A

Bakı Metropoliteni” QSC-nin nümayəndələri Almaniyanın Köln şəhərində keçirilən “PMRExpo” ən miqyaslı beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər.

“APA-Economics”in “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbərinə görə, nümayəndə heyəti metropoliten idarəetməsində rabitə texnologiyalarının xüsusi sürətlə tətbiq edildiyi dövrdə təhlükəsiz və peşəkər radio-rabitə kontekstində müasir sistemlərin, telekommunikasiya sahəsində yeni tendensiyaların tətbiqinə xüsusi diqqət ayırıblar.
Bakı metropoliteninin xüsusiyyətləri və mövcud texnoloji bazası əsasında yeni sistem və qurğuların tətbiqi ilə bağlı aparıcı şirkətlərin mütəxəssisləri ilə

fikir mübadiləsi aparılıb.
Elçin Məmmədov sərgidə radio-rabitə, radiosiqnal kabeli, səsyazma sistemi, şəbəkə texnologiyası, antena qurğuları və s. texnoloji yeniliklər barədə müfəssəl praktiki informasiyaların nümayiş etdirildiyini və bunun Bakı metropoliteninin perspektiv planları baxımından çox faydalı olduğunu bildirib.
Elçin Məmmədov bu texnologiyaların Bakı metropolitenində tətbiqinin real olduğu və mərhələli keçid imkanlarının mövcud texnoloji inkişaf sayəsində genişləndirilməsinin mümkünlüyü qənaətindədir.

Qeyd edək ki, son illərdə Bakı metropolitenində, xüsusən Bənövşəyi xətdə həyata keçirilən layihələrdə məhz bu texnolji innovasiyalar xüsusi yer alır. SCADA idarəetməsi, Tetra radiorabitəsi, işarəvermə qurğularında informasiya-kommunikasiya sistemlərindən istifadə olunması, gələcəkdə qatarların hərəkətinin radiodalğalarla idarə edilməsi nəzərdə tutulduğundan dünya radiorabitə və telekommunikasiya sahəsində sürətlə inkişaf edən yeniliklərin təqib edilməsi dövrün xüsusi tələbidir.

Sərgidə toplanılmış məlumatların metropoliten rəhbərliyi və mütəxəssis heyəti ilə birgə öyrənilməsinə və texniki təhlillərinə başlanılıb.

Əvvəlki Yazı

Göygöl rayonuna prokuror təyin olunub

Növbəti Yazı

Cəsarət Valehov vəzifəsindən azad edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.