Yanvar 21, 2026-10:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

“Bakı” qəzetinin yaradılmasından 68 il ötür

2026:01:10 - 15:00
in MANŞET
A A
Bu gün “Bakı” qəzetinin yaradılmasından 68 il ötür.

“Report”un məlumatına görə, ilk sayı 1958-ci il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görən “Bakı” qəzeti beş il sonra iyulun 1-də rus dilində şəhər qəzeti kimi fəaliyyətə başlayıb.

Mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatı olan qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyev olub.

Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli – B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər formalaşıb.

Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başlayıb. Sonradan oxucu marağı, xüsusilə də rus oxucular nəzərə alınıb, onun həcmi genişləndirilərək “Baku” qəzetinin də paralel nəşrinə başlanılıb.

N.İmanquliyev “Bakı” qəzetinin əsasının qoyulması barədə vaxtilə təəssüratlarını belə bölüşüb:

“Bir gün Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırova yeni qəzet yaratmaq istədiyim barədə məktub yazdım. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin. Mircəfər Bağırov bir müddət sonra məni çağırıb Moskvanın yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqlədiyini dedi”.

Qeyd edək ki, bu gün “Bakı” qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda fəaliyyətini davam etdirir.

Əvvəlki Yazı

Azərbaycan hərbi doktrinada ciddi dəyişikliklərə HAZIRLAŞIR

Növbəti Yazı

İranda iğtişaşçıların əlində daha 15 hüquq-mühafizə orqanı əməkdaşının öldüyü bildirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.