Sentyabr 16, 2025-4:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda 151 nömrəli tam orta məktəbdə ilk zəng çalınıb

2025:09:15 - 10:20
in SOSİAL
A A
Bakıda 151 nömrəli tam orta məktəbdə 15 sentyabr – Bilik Günü keçirilib.

“Report” xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Həsən Həsənli, məktəb rəhbərliyi və valideynlər iştirak ediblər.

Məktəbin direktor əvəzedicisi Salihə Məmmədova çıxış edərək təhsil ocağının yeni təmirdən çıxmasına diqqət çəkib:

“Yeni məktəbdə müasir avadanlıqlarla təhciz edilmiş sinif otaqları şagirdlərin daha keyfiyyətli təhsil almasına xidmət edəcək”.

S.Məmmədova ötən tədris ilində məktəbin 44 məzunundan 32-nin ali məktəbə qəbul olduğunu qeyd edib:

“Məktəbdə ümumilikdə 598 şagird təhsil alır. Yeni tədris ilində birinci sinfə qəbul üzrə Azərbaycan bölməsi üzrə 21, rus bölməsi üzrə 22 şagird təhsil alacaq. Həmçinin 53 nəfər 9-cu sinif, 44 nəfər isə 11-ci sinifdə təhsil alacaq”.

H.Həsənli isə tədris ilinin başlaması ilə əlaqədar təhsil ictimaiyyətini təbrik edib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Sonda ilk zəng çalınıb və şagirdlər məktəb həyatlarına başlayıb.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Əvvəlki Yazı

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Növbəti Yazı

Bu gün unudulmaz bəstəkar Vasif Adıgözəlovun anım günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.