İyul 6, 2025-2:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

2025:06:16 - 16:30
in İQTİSADİYYAT
A A

Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu barədə “Report”a Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (ICMEI) məlumat verilib.

Forumda İranın təxminən 50-i şirkətinin iştirakı planlaşdırılırdı.

Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulmasına yönəlmiş B2B danışıqları planlaşdırılmışdı.

Bu forum 2025-ci ildə Azərbaycan və İran arasında bu növ artıq ikinci tədbir olmalı idi.

ICMEI-nin məlumatına görə, hazırda Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdadır. İranın ölkə iqtisadiyyatına investisiyalarının məbləği 5 milyard ABŞ dollarını keçib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 204,54 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur. 5 ayda Azərbaycandan İrana ixracın dəyəri 5,85 milyon ABŞ dolları (+29 %), bu ölkədən idxalın dəyəri isə 198,69 milyon ABŞ dolları (+11,1 %) təşkil edib.

2024-cü ildə isə iki ölkə 2023-cü illə müqayisədə 33 % çox – 647 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Rəsmi Bakı və Tehran bu göstəricini növbəti 5 il ərzində 10 milyard ABŞ dollarına çatdırmaq məqsədi qoyub.

Əvvəlki Yazı

Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Növbəti Yazı

Gəncədə hamamda partlayış olub, 36 yaşlı qadın yanıq xəsarəti alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.