Sentyabr 8, 2025-23:33
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bakıda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

“Azərişıq” ASC-nin əməkdaşları qəsəbə ərazisində təmir işləri apararkən qurumun əməkdaşı 1985-ci il təvəllüdlü Zeynalov Elnur Nadir oğlunu elektrik cərəyanı vurub.

E.Zeynalov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.