Sentyabrın 26-da Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransa Milli Məclisin deputatları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri və xarici dövlətlərin həmkarlar ittifaqlarının təmsilçiləri, eləcə də BHİK-nın və Pan Avropa Regional Şurasının (PARŞ) məsul şəxsləri qatılıblar.
Konfransda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq.