Avqust 23, 2025-18:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakıda beynəlxalq vəkillik və diplomatiyanın rolu müzakirə olunub

2024:12:05 - 14:14
in SİYASƏT
A A
Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı çərçivəsində “Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusunda panel sessiyası keçirilib.“Report” xəbər verir ki, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı beynəlxalq arenada məlumatlılığın olmamasından söz açıb:“Problem beynəlxalq ictimaiyyətin gündəminə gətirilməli, beynəlxalq təşkilatlar bu kimi məsələlərin həllinə dəstək göstərməlidir. Beynəlxalq ictimaiyyəti hərəkətə, ədalət əsaslı qərarların qəbuluna nail olmaq yolunda səy göstərməyə çağırıram”.Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zəfər Sırakaya bildirib ki, Türkiyə sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək:”Cənubi Qafqazda sülh və sabitlik əldə olunmalıdır, bunun yollarından biri də qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsidir. Qafqazın mövcud potensialının tam istifadəsi üçün sabitliyin təmini mütləqdir. İnanıram ki, Cənubi Qafqaz rifaha çatacaq. Türkiyə bunun üçün sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək”.Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti Krsevan Antun Duymoviç Xorvatiya və Azərbaycanın 1980-90-cı illərdə oxşar taleyi yaşadığını, etnik təmizləməyə məruz qaldığını deyib:”Ermənilərin etdiklərini serblər bizə qarşı törədiblər. Beynəxalq ictimaiyyət Cənubi Qafqazda baş verənləri diqqətlə izləməlidir. Keçmiş məcburi köçkünlərin geri dönüş prosesi sürətləndirilməlidir”.Kommunikasiya strateqi və jurnalist Klaus Peter Ralf Yurgens vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələ Ermənistanın ərazi bütövlüyünə qarşı deyil:”İcma yekun məqsədlərini bilməlidir. Qayıdış hüququnun təsir analizi aparılmalıdır”.O, COP29 kimi konfransın Azərbaycanın böyük uğuru olduğuna da diqqət çəkib:”Bəzi insanlar Azərbaycan barədə neqativ fikirlər səsləndirirlər, lakin COP29 Azərbaycan üçün mükəmməl təqdimat vasitəsi oldu. COP29-dan sonra Azərbaycan pozitiv mirasını yaratmağa davam etməlidir”.Brüssel Enerji Klubunun baş nümayəndəsi Marat Terterov söyləyib ki, Azərbaycan digər postsovet ölkələri ilə müqayisədə inkişaf edib və yüksəliş mərhələsindədir.”Azərbaycan çox çətin coğrafi mövqedə yerləşir. Regiondakı mövcud kənar qüvvələr həmişə Cənubi Qafqaz ölkələrinin mənafelərinə uyğun hərəkət etmirlər. Praktiki üsullarla qayıdış hüququnun gerçəkləşdirilməsi prosesi üzərində işləməliyik”.

 

Əvvəlki Yazı

Naxçıvan Sənaye Parkı yaradılır

Növbəti Yazı

Prezident: Könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında uğurlu fəaliyyətinin təcəssümüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.