Sentyabr 1, 2025-18:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

2025:04:04 - 17:01
in MƏDƏNİYYƏT
A A

Mayın 2-dən 4-dək İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçiriləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçiriləcək festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, festival mayın 2-də Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

Mayın 3-4-də isə festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.

Qeyd edək ki, Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, interaktiv tədbirlər, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

Üç gün davam edəcək xalça bayramında iştirak etmək istəyən hər kəs Festival haqqında daha geniş məlumatı bakucarpetfest.az saytından əldə edə bilər. Bütün suallar isə info@bakucarpetfest.az ünvanına yönləndirilə bilər.

Festivalın təşkilatçıları xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyaya tanıtmaq üçün hər kəsi İçərişəhərə dəvət edir!.

 

 

Əvvəlki Yazı

Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları arasında onlayn konfrans təşkil olunub

Növbəti Yazı

Azərbaycanda ən baha un Gəncədə, ən ucuz isə Şabranda satılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.